İranın Təbriz şəhərində və ətraf ərazilərdə məktəblərdə tədris prosesi dayandırılıb.
Modern.az xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.
Tədrisin dayandırılmasına səbəb güclü qar və soyuq hava şəraiti olub.
Bildirilir ki, distant təhsil alan şagirdlərin dərsləri və imtahanlar müəyyən olunmuş vaxtda təşkil olunacaq.