Modern.az

Əli Həsənovdan AÇIQLAMA: “Siz də utanmadan, çəkinmədən mühüm işlər görün”

Əli Həsənovdan AÇIQLAMA: “Siz də utanmadan, çəkinmədən mühüm işlər görün”

26 Dekabr 2012, 13:15

Bu gün Gənclər Fondunun yaradılmasının 1 illiyi münasibətilə tədbir keçirilib. Modern.az xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, təhsil naziri Misir Mərdanov , dövlət və hökümət nümayəndələri, gənclər və media nümayəndələri iştrak ediblər. Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan gəncliyi beynəlxalq aləmdə rəqabətə davamlı olmalı, dünyanın müasir inkişaf tendensiyasını mənimsəməli, onun qarşısında qoyulan vəzifələri, xarici dilləri bilməlidir.

Ə.Həsənov bildirib ki, əgər müasir gənclik savadlı, təhsilli olmasa, xarici dilləri bilməsə, beynəlxalq aləmdə bəzilərinin apardığı antiazərbaycan fəaliyyətinin qarşısını almaqda çətinlik çəkəcək. Müasir Azərbaycan dövlətinin inkişaf strategiyası ona yönəlib ki, Azərbaycan gəncliyi inkişaf edə bilsin.

PA rəsmisi müstəqil Azərbaycanda gənclər siyasətinin təməlini mərhum prezident Heydər Əliyevin qoyduğunu deyib: “Gənclər siyasəti sağlam təmələ malik olmalıdır”.

Ə.Həsənov bildirib ki, Azərbaycan əhalisinin 66 faizini gənclər təşkil edir. PA rəsmisi onuda qeyd edib  ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində gəncliyin inkişafı üçün 100 milyon manat vəsait ayrılıb. Gəncər bundan sonra daha fəal olmalıdırlar. Dövlət bundan sonra da gəncliyin inkişafına dəstək verəcək. Dövlət sizinlə bir yerdədir. Siz də utanmadan, çəkinmədən mühüm işlər görün.

Ə.Həsənov sağlam gəncliyi radikal gənclərin qarşısında dayanmağa, onların apardığı antitəbliğata cavab verməyə çağırıb.Ölkədəki sağlam gənclik dövlətin, millətin təəssübünü çəkməlidir. Əgər sosial şəbəkələrdə, mitinqlərdə bir qrup qarşı tərəfdən olan azsaylı, ancaq fəal gənclər iştirak edirsə, onlara qarşı sağlam gənclik dayanmalıdır. Sağlam gənclik onların tərbiyəsi ilə məşğul olmalıdır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək