Monteneqro parlamentinin sədri Aleksa Becic yanvarın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı İqbal Məmmədov, Monteneqronun Azərbaycandakı səfiri Perişa Kastratoviç və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Monteneqro parlament sədrinin ölkənin dövlət rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
Hava limanında Aleksa Beçiç səfər barədə jurnalistlərin suallarını cavablandırıb.