Modern.az

Bağdadda iki partlayış

Bağdadda iki partlayış

17 Yanvar 2022, 00:23

İraqın paytaxtı Bağdad şəhərinin mərkəzində iki partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Alhadath" televiziya kanalı məlumat yayıb.

 

Məlumata görə, partlayışlar Əl Karrada rayonunda qeydə alınıb.

 

Məlumata görə, “Cihan” bankı yaxınlığında yol kənarına yerləşdirilən bomba bankın pəncərəsinə və park edilmiş avtomobilə ciddi ziyan vurub. İkinci partlayış Milli Teatrın yaxınlığında - spirtli içkilər satılan mağazaların anbarlarının yanında baş verib.

 

Xəsarət alanlar barədə hələlik məlumat verilməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal