Fransa Milli Assambleyasının deputatları peyvənd pasportunun tətbiqi ilə bağlı qanun qəbul ediblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sənəd olmadan insanlar kinoteatrlara, barlara, restoranlara gedə və nəqliyyatdan istifadə edə bilməyəcək.
Eyni zamanda, 18 yaşdan yuxarı vətəndaşları üçün peyvənd sənədi əvəzinə mənfi PCR testi təqdim etmək qaydası ləğv edilib.
Qanuna görə, vətəndaşların tam vaksinasiyadan başqa peyvənd pasportu əldə etmək üçün yolu olmayacaq.
Saxta sənəddən istifadəyə görə qanun üç il həbs və 45.000 avro məbləğində cərimə, təkrarlanan halda beş il və 75.000 avro cərimə nəzərdə tutur.
Akif İsmayılov