Bu gün Azərbaycana səfər edən Gürcüstanın Baş naziri Bidzina İvanişvili Şəhidlər xiyabanını və Fəxri Xiyabanı ziyarət edib. Modern.az xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvili Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Sonra paytaxtın mənzərəsini seyr edən Gürcüstanın Baş nazirinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib. Həmçinin baş nazir Bidzina İvanişvili rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda olub. Baş nazir Azərbaycanın görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əkil qoyub.
Modern.az