Sabah, yanvar ayının 18-də parlament üzvləri qış tətilindən sonra ilk toplantıya yığışacaqlar.
Modern.az xəbər verir ki, Regional məsələlər komitəsinin hesabat iclası keçiriləcək.
İclasın gündəliyində Milli Məclisin 2021-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsinin gördüyü işlər barədə hesabat dinləniləcək.
İclasda həmçinin, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı layihəsinin təqdim olunması planlaşdırılır.
Xatırladaq ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların qış tətilinin müddəti yanvarın 15-də başa çatıb. Həmin tarix isə şənbə gününə təsadüf etdiyindən deputatlar bu gündən işə çıxıblar.