“Ermənistan-Türkiyə danışıqları heç bir sui-qəsd nəzəriyyəsi olmadan aparılıb və cəmiyyətdən gizlədilməyib”.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan parlamentin iclasında bildirib.
“Hayastan” blokunun deputatları Qeqam Manukyan və Aqnes Xamoyan Rubinyanın danışıqlar aparan şəxs kimi təyin olunması ilə bağlı rəsmi sərəncam olmadığından onun nə haqda danışıqlar apardığını və ona bu işə kimin səlahiyyət verdiyini soruşublar.
O isə Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində Rusiya tərəfinin dəstəyi ilə seçildiyini bildirib.
“Eyni zamanda, bu sualın parlamentin gündəliyinə nə aidiyyəti olduğunu başa düşə bilmirəm, bunu hökumət saatında verə və ya iclasda fasilə zamanı yanıma gələ bilərsiniz”, - Rubinyan qeyd edib.
Xatırladaq ki, Ruben Rubinyanla Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub.