Modern.az

Nazarbayevin bu kürəkəni də İSTEFA VERDİ

Nazarbayevin bu kürəkəni də İSTEFA VERDİ

17 Yanvar 2022, 12:35

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verib.


Modern.az xəbər verir ki, bu barədə palata özü məlumat yayıb.


Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib. O, istefasının səbəbini açıqlamayıb.


Eks-prezidentin bundan əvvəl iki kürəkəni vəzifədən gedib.


Qeyd edək ki, Timur və Dinara Kulibayevalar ölkənin nəhəng “Qazaxıstan Xalq Bankı”nın sahibləridir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal