Modern.az

Fransa prezidenti olmaq istəyən şəxs cərimələndi

Fransa prezidenti olmaq istəyən şəxs cərimələndi

17 Yanvar 2022, 19:46

Paris Cinayət Məhkəməsində Fransa prezidentliyinə namizəd, jurnalist Erik Zemmurun işinə baxılıb. 

 

Modern.az xəbər verir ki, o, 29 sentyabr 2020-ci ildə "CNews"un canlı efirində etdiyi çıxışa görə 10 min avro cərimələnib.

 

Jurnalistlə birlikdə "CNews"un yayım direktoru Jan-Kristof Tyeri də 3000 avro məbləğində cərimə edilib.

 

Qeyd edək ki, ifrat-sağçı baxışları ilə seçilən Zemmur çıxışı zamanı yetkinlik yaşına çatmayan mühacirləri “oğru, qatil və təcavüzkar” adlandırıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal