Modern.az

Qarabağa səfərlərlə bağlı sayt yaradıldı

Qarabağa səfərlərlə bağlı sayt yaradıldı

Qarabağ

18 Yanvar 2022, 10:58

İşğaldan azad edilmiş ərazilərə səfər etmək istəyənlər üçün yeni sayt fəaliyyətə başlayır.

 

Dövlət Turizm Agentliyindən Modern.az-a verilən məlumata görə, agentliyin təşəbbüsü ilə hazırlanan sayt “yolumuzqarabaga.az” formasındadır.

 

Qurumdan bildirilib ki, Qarabağa müntəzəm səfərlərlə bağlı vətəndaşlara kömək üçün nəzərdə tutulan elektron xidmət bu gündən etibarən istifadəyə veriləcək.

 

Xatırladaq ki, yanvarın 24-dən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Nəzərdə tutulan marşrut xətləri Bakı - Şuşa - Bakı, Əhmədbəyli - Şuşa - Əhmədbəyli, Bakı - Ağdam - Bakı və Bərdə - Ağdam - Bərdədir. Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi