“İkinci Dünya müharibəsində SSRİ xalqlarına verdiyimiz əzabları heç nə bərpa edə bilməz”.
Modern.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
A.Berbok deyib ki, Almaniya rəsmisi olaraq Kremlin divarları yaxınlığındakı naməlum əsgərin məzarına gül dəstəsi qoyduğu vaxt utanc hissi keçirib:
"Xalqlara verilən əziyyəti heç nə bərpa edə bilməz”.