Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilməsi haqqında sərəncam verib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib.
Qeyd edək ki, Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqüst ayının 10-da Naxçıvan şəhərində anadan olub, 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakultəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. 1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləyib, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunub.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Ailəlidir, iki övladı var.
Modern.az