Gürcüstanın Baş naziri Bidzina İvanişvili Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olub. Modern.az xəbər verir ki, əvvəlcə qonağa Azərbaycan prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlara əsasən bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib. Bildirilib ki, prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Gürcüstanın Baş naziri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Qonağa xatirə hədiyyələri təqdim olunub. Dövlət Bayrağı Meydanı ilə tanışlıq Bidzina İvanişvilidə xoş təəssürat yaradıb.
İvanişvili Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinə də baş çəkib.
Modern.az