Modern.az

İlham Əliyev və Putin arasında telefon DANIŞIĞI

İlham Əliyev və Putin arasında telefon DANIŞIĞI

Ölkə

18 Yanvar 2022, 20:03

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyanın Prezidenti Vladimir Putinə telefonla zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

 

Telefon söhbəti zamanı Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olunub, strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib.

 

Dövlət başçıları son vaxtlar Rusiya-ABŞ arasında təmaslar, Qazaxıstanda vəziyyətin sabitləşməsi ilə bağlı məmnunluq ifadə ediblər, Ukrayna ətrafında gedən proseslər müzakirə olunub.

 

Azərbaycan və Rusiya prezidentləri regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama