Modern.az

Küləyin sürəti güclənib - Faktiki hava

Küləyin sürəti güclənib - Faktiki hava

Hadisə

18 Yanvar 2022, 19:52

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Milli Hidrimetetorologiya Xidmətindən Modern.az-a bildirilib ki, saat 19:00-a olan məlumata əsasən, gündüz saatlarından başlayaraq cənub-qərb küləyi güclənib.

 

Küləyin maksimal sürəti rayonlarda 22 m/s, Abşeron yarımadasında 22 m/s, Abşeron-Dəniz rayonunda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.4 metrə çatıb.

 

Abşeron yarımadasında adətən güclənən cənub küləyi şimal küləyi ilə müqayisədə daha çox səsli-küylü olur.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?