Modern.az

“Gələn ay köçkünlər Bakının mərkəzindən Müşfiqabada köçürüləcək” - “Dövlətqaçqınkom”

“Gələn ay köçkünlər Bakının mərkəzindən Müşfiqabada köçürüləcək” - “Dövlətqaçqınkom”

27 Dekabr 2012, 09:54


“Qaradağ rayonu Müşfiqabad qəsəbəsində salınan yeni köçkün şəhərciyi bu ilin sonuna tam hazırdır, məcburi köçkünlər isə ora yanvar ayında köçürüləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsinin müdiri Sənan Hüseynov deyib.

O qeyd edib ki, qəsəbəyə məcburi köçkünlərin köçürülmə tarixi hələ tam dəqiq deyil. “Bunun üçün ilk növbədə qəsəbənin açılışı olmalıdır. Ondan sonra Bakı Dövlət Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərə bildirişlər veriləcək”.

Eyni zamanda S. Hüseynov gələn ilin əvvəllərində Masazır və Mingəçevirdə olan qəsəbələrin açılışının da olacağını bildirib.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək