Modern.az

Tağıyevin heykəlinə zərər yetirən şəxslər SAXLANILDI

Tağıyevin heykəlinə zərər yetirən şəxslər SAXLANILDI

Hadisə

19 Yanvar 2022, 08:35

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.

 

Bunu Modern.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

E. Hacıyevin sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir.

 

DİN rəsmisi vurğulayıb ki, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.

 

Qeyd edək ki, adları açıqlanmayan şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlinin əlindəki təsbehi qırıb kənara atmışdı.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?