Modern.az

Bu gün Səhiyyə komitəsi hesabat verəcək

Bu gün Səhiyyə komitəsi hesabat verəcək

19 Yanvar 2022, 10:05

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçiriləcək.

 

Modern.az parlamentin rəsmi saytına istinadən xəbər verir ki, komitə iclasının gündəliyi müəyyənləşib.

 

Gündəliyə əsasən, ilk olaraq, Milli Məclisin 2021-ci il payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat təqdim ediləcək. Həmçinin, Milli Məclisin Səhiyyə komitəsinin 2022-ci ilin yaz sessiyası üçün iş planı məlum olduğundan komitə üzvlərinə təqdim ediləcək.

 

Qeyd edək ki, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü