Modern.az

Şirkət əməkdaşı qəza törətdi - 3 nəfər öldü

Şirkət əməkdaşı qəza törətdi - 3 nəfər öldü

Hadisə

19 Yanvar 2022, 09:58

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə yanvarın 18-də paytaxtın Binəqdi rayonu, Binəqədi şosesində qeydə alınıb.

 

Bakı şəhər sakini Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili idarəetməni itirərək Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində sürücü E.Eyvazov, sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?