Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 16 il Almaniyanın kansleri olmuş Angela Merkelə yeni iş təklif edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Merkələ BMT-nin nəzdində fəaliyyət göstərən qlobal ictimai mallar üzrə yüksək səviyyəli məsləhət orqanına sədrlik etmək təklif olunub.
Quterreş bununla bağlı keçmiş kanslerə məktub göndərdiyini, lakin hələlik cavab almadığını diqqətə çatdırıb.