Ötən gün Bakıda olan Gürcüstanın baş naziri Bidzina İvanişvili Azərbaycanın baş naziri Artur Rasizadə ilə görüşündən sonra jurnalistlərə açıqlama verib: “Mən bundan əvvəl demişdim ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildikdən sonra Gürcüstanın dəmir yolları ilə yük daşımaları yəqin ki, azalacaqdır. Lakin bu, tələsik verilmiş bəyanat idi. Əslində bu məsələdə heç bir problem yoxdur. (AzərTAc).
O bildirib ki, Azərbaycan Prezidenti ilə görüş çox səmimi dostluq şəraitində keçib. Bidzina İvanişvili deyib: “Görüşdə mən qeyd etdim ki, bu bəyanat tələsik verilmiş bəyanat idi və bu məsələdə heç bir problem yoxdur”.
Baş nazir qaz tarifləri barədə suala cavab verərkən qeyd edibr ki, Azərbaycan Gürcüstana qazı çox məqbul qiymətlərlə satır. O deyib: “Mən Gürcüstan üçün yaradılmış şəraitə görə Azərbaycanın Prezidentinə və hökumət başçısına minnətdarlığımı bildirirəm”.
Bidzina İvanişvili Azərbaycanın ali rəhbərliyi ilə görüşdən aldığı təəssüratlarını da bölüşüb. O deyib: “Mən gördüm ki, bu, öz xalqı üçün, ölkəsi üçün böyük işlər görən əsl dövlətdir. Azərbaycan dövləti ölkənin idarə olunmasına uzaqgörənliklə yanaşır. Azərbaycanın Prezidenti və Baş Naziri ilə görüşdən sonra əmin oldum ki, ölkələrimiz arasında gözəl münasibətlər vardır. Əgər aramızda hər hansı xırda məsələlər meydana çıxarsa, biz bu məsələləri dostluq şəraitində həll edə bilərik”.
Modern.az