Azərbaycan Atletika Federasiyasının icazəsi olmadığı üçün London Olimpiadalarında iştirak edə bilməyən Ramil Quliyevin qadağa vaxtı yaxın müddətdə bitəcək. Modern.az-ın məlumatına görə, bu barədə Türkiyənin Atletika Federasiyasının rəhbəri Mehmet Terzi açıqlama verib.
Türkiyə vətəndaşlığına keçən “Fənərbaxça”nın azərbaycanlı atleti Ramil Quliyevlə bağlı danışan Mehmet Tezi bildirib ki, idmançı gələn ilin aprel ayından etibarən “Super liga” və Dünya Atletika Çempionatında türk idmançısı kimi yarışacaq.
Dünyanın ən qabiliyyətli gənc qaçışçıları arasında göstərilən Ramil Quliyev 2013-ün aprel ayından etibarən ay-ulduzlu formanı geyinə biləcək.