Modern.az

Ceyhun Bayramov Ermənistan nümayəndəsinin iddialarını RƏDD ETDİ

Ceyhun Bayramov Ermənistan nümayəndəsinin iddialarını RƏDD ETDİ

19 Yanvar 2022, 17:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda (TƏF) Ermənistan nümayəndəsinin əsassız iddialarına cavab verib.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

İclasda C.Bayramov Azərbaycanın TƏF sədrliyini təbrik edən, Azərbaycanın prioritetlərini dəstəkləyən və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə edən bütün iştirakçılara minnətdarlığını ifadə edib, səsləndirilən bir sıra rəy və təkliflərə münasibət bildirib.

 

Eyni zamanda, nazir müzakirələr zamanı Ermənistan nümayəndəsi tərəfindən səsləndirilən əsassız iddiaları rədd edib və Azərbaycanın regional təhlükəsizliklə bağlı beynəlxalq hüquqa əsaslanan mövqeyi iştirakçıların diqqətinə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama