Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az-a açıqlamasında Müsavat Partiyasının qurultay məsələsinə toxunub. “Bakı Kristal Zalı”nın Müsavata verilməsinin mümkün olub-olmamasına gəlincə, millət vəkilinin sualımıza cavabı belə olub:
“İsa Qəmbər qurultay məsələsində də bəhanələr gətirərək, gah Gürcüstana getdi, gah Türkiyədən danışdılar. İsa Qəmbər yaxşı bilir ki, qurultay keçirilsə o, artıq başqan olmayacaq. Qurultaylarını harda istəyirlər keçirsinlər. İstəyirlər getsinlər “Kristal Zal”da qurultay keçirsinlər, istəyirlər oxusunlar, istəyirlər oynasınlar. Nə ürəkləri istəyir edə bilərlər. Pulunu ödəsinlər, tədbirlərini keçirsinlər”.
Xatırladaq ki, Müsavat Partiyası qurultay üçün yenidən Bakı Şəhər İcra Hakimiyyətindən yer ayrılmasını xahiş edib.
Anar RÜSTƏMOV