Modern.az

Metroda nasazlıq yarandı

Metroda nasazlıq yarandı

Aktual

19 Yanvar 2022, 18:57

Bakı metrosunun "Nizami" stansiyasında nasazlıq yaranıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Onun sözlərinə görə, saat 18:37-də "Həzi Aslanov-Dərnəgül" xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə "Nizami" stansiyasından depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

 

Qeyd edək ki, sərnişinlər "Nizami" stansiyasında qatardan düşürülüb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu