Modern.az

Məşhur aktyor bədbəxt hadisə nəticəsində öldü

Məşhur aktyor bədbəxt hadisə nəticəsində öldü

19 Yanvar 2022, 19:12

Fransanın 37 yaşlı məşhur aktyoru Qaspar Ulyel vəfat edib.

 

Modern.az xəbər verir ki, o, dağda xizəkçi ilə toqquşub və ağır xəsarətlər alıb.

 

Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Ulyel “Hannibal. Yüksəliş”, "Uzun izdivac", "Sen-Loran.Stil mənəm” və “Bu sadəcə dünyanın sonudur” filmlərində rol alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal