Modern.az

Ermənistan müharibə itkilərinin yeni sayını AÇIQLADI

Ermənistan müharibə itkilərinin yeni sayını AÇIQLADI

19 Yanvar 2022, 20:11

Ermənistan Qarabağda 44 günlük müharibə zamanı itkilərinin yeni sayını açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.

 

Məlumata görə, müharibədə ölənlərin sayı 3809 nəfərdir. Bundan əlavə, 199 hərbçi isə itkin düşüb.

 

Xatırladaq ki, 2021-ci il dekabrın 24-nə olan məlumatda müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfərin öldüyü açıqlanmışdı. Hazırki mənzərə isə onu göstərir ki, məğlub erməni ordusunun verdiyi itkilərin real sayı hələ də ictimaiyyətdən gizlədilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal