Modern.az

Ukrayna NATO sammitində iştirak edə bilər

Ukrayna NATO sammitində iştirak edə bilər

19 Yanvar 2022, 20:39

Ukrayna Prezidenti Vladimir Zelenski və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

 

 

"NATO-nun Rusiya təhdidi qarşısında Ukraynaya güclü dəstəyini ifadə etmək üçün prezident Zelenski ilə danışdım. Müttəfiqlər Rusiyanı dərhal gərginliyi azaltmağa çağırır. Biz Rusiya ilə daha çox dialoqa hazırıq, lakin əsas prinsiplərdə güzəştə getməyəcəyik", - deyə Stoltenberq bildirib.

 

Ukrayna Prezidenti də telefon əlaqəsi barədə "Twitter" hesabında məlumat verib. O bildirib ki, söhbət zamanı Avropada sabitlik üçün lazım olan diplomatik səylər barədə məlumat və fikir mübadiləsi aparılıb. "NATO-nun iyunda keçiriləcək Zirvə toplantısına hazırlıq və Ukrayna orada mümkün iştirakı müzakirə olunub. Açıq qapı siyasəti dəyişməz olaraq qalır!", - deyə o qeyd edib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal