Modern.az

Qeyri-adi hadisə: 34 yaşlı qadın bir dəfəyə 10 uşaq doğdu

Qeyri-adi hadisə: 34 yaşlı qadın bir dəfəyə 10 uşaq doğdu

19 Yanvar 2022, 23:31

Səudiyyə Ərəbistanında qeyri-adi hadisə baş verib: 34 yaşlı qadın birdən-birə 10 körpə dünyaya gətirib.

Modern.az xəbər verir ki, bu barədə çərşənbə günü “Saudi Gazette” nəşri öz elektron versiyasında məlumat yayıb.

 

Məlumata görə, doğuş Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin ölkənin şimal-qərbində yerləşən Tabuk şəhərindəki Kral Salman adına xəstəxanasında olub.

 

Qeyd edilir ki, qadın bir neçə həftə ərzində adıçəkilən tibb müəssisəsinin mamalıq və ginekologiya şöbəsinin müdiri Attiya əl-Zəhrani başda olmaqla həkimlərin ciddi nəzarəti altında olub.

 

10 yeni doğulmuş körpənin hər birinin çəkisi 950-1100 qram arasındadır. Onların hamısı tamamilə sağlamdır.

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal