Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu, ölənlərin sayı isə 5,55 milyonu ötüb.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Ümumilikdə dünya üzrə 332 617 707 nəfər koronavirusa yoluxub, 5 551 314 nəfər isə bu xəstəlikdən ölüb.
Son sutkada yoluxma sayı 3 156 986, ölüm sayı isə 6 889 olub.