Modern.az

Qərb rəsmiləri Ukraynanı müzakirə etdi

Qərb rəsmiləri Ukraynanı müzakirə etdi

20 Yanvar 2022, 00:52

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, NATO Baş katibi Yens Stoltenberq, ABŞ dövlət katibi Entoni Blinken və ATƏT-ə hazırda sədrlik edən Polşanın xarici işlər naziri Zbiqniev Rau arasında dördtərəfli onlayn görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Siyasət Xidməti məlumat yayıb.

 

Müzakirələr zamanı tərəflər Rusiyanın Ukrayna ətrafında hərbi güclənməsini, həmçinin Rusiyanın Avropada təhlükəsizlik tənzimləmələrini yenidən müəyyən etmək cəhdləri və bununla bağlı davam edən ikitərəfli və beynəlxalq diplomatik əlaqələri müzakirə ediblər. Onlar xüsusilə ATƏT çərçivəsində təsbit olunmuş mövcud Avropa təhlükəsizlik arxitekturasının fundamental prinsiplərinin dəstəklənməsinə ehtiyac olduğunu vurğulayıblar.

 

Aİ-nin Ali Nümayəndəsi yanvarın 24-də Aİ ölkələri XİN başçılarının müzakirələrinə ABŞ dövlət katibini də dəvət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal