Ermənistanın paytaxtı İrəvanda İran vətəndaşının asılmış meyiti aşkarlanıb.
Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, 25 yaşlı İran vətəndaşının meyiti David Anaxt küçəsindəki binada tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, məhkəmə-tibb ekspertizası təyin olunub.
Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat verilməyib.