Modern.az

Sabahdan başlayacaq bayram yarmarkalarının YERLƏRİ

Sabahdan başlayacaq bayram yarmarkalarının YERLƏRİ

27 Dekabr 2012, 13:53

Sabahdan etibarən Yeni İl bayramı ilə əlaqədar təşkil olunan ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları fəaliyyətə başlayacaq. İqtisadi İnkişaf Nazirliyindən Modern.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar 28-31 dekabr tarixlərində Binəqədi rayonu Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti, Xətai rayonu Bakı kinoteatrının yanı, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi,  Nəsimi rayonu “Təzə bazar”ın ərazisi, 3-cü mikrorayon, “Tovuz-Baltiya LTD”nin ərazisi, Səbail rayonu Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı, Suraxanı rayonu Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2, Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı, Yasamal rayonu Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanında keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək