Modern.az

Özünü koronavirusa yoluxduran müğənni öldü

Özünü koronavirusa yoluxduran müğənni öldü

20 Yanvar 2022, 09:00

Çexiyanın məşhur “Asonance” folklor qrupunun solisti, müğənni Hana Horka dünyasını dəyişib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, özünü bilərəkdən koronavirusa yoluxduran müğənninin həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, Hana Horka peyvənd olunmayanlara qarşı tətbiq edilən məhdudiyyətlərə etiraz olaraq, özünü qəsdən koronavirusa yoluxdurub.

 

Qeyd edək ki, 57 yaşlı sənətçi bir neçə gün əvvəl sosial şəbəkə hesabında xəstəlikdən sağaldığını yazmışdı. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal