Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-4, gündüz 7-11 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında isə dekabrın 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8, bəzi yerlərdə 12 dərəcəyədək şaxta, gündüz 2-7, bəzi yerlərdə 10 dərəcəyədək isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnozlara gəlincə isə dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında nisbətən sabit hava şəraiti, biometeoroloji amillərin normal sutqalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Modern.az