Modern.az

Elxan Süleymanov: “Avropa Şurası Ramil Səfərovla bağlı qərəzli qərar çıxarıb”

Elxan Süleymanov: “Avropa Şurası Ramil Səfərovla bağlı qərəzli qərar çıxarıb”

27 Dekabr 2012, 14:35

Bu gün Şamaxının millət vəkili Elxan Süleymanov öz qərargahında mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, ilin yekunları ilə bağlı danışan millət vəkili, bu il ərzində gördüyü işlər haqqında məlumat verib.

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin və Monitorinq komitəsinin üzvü, millət vəkili Elxan Süleymanov bu il beynəlxalq təşkilatlarda gördükləri işlər haqqında geniş danışıb. O, bildirib ki, AVRONEST  Qarabağ problemini həll edən təşkilat olmasa da belə, bu o demək deyil ki, Dağlıq Qarabağ problemini gündəmə gətirməyək.

“Bir il ərzində Azərbaycan həqiqətlərini dünyaya çatdırmışıq. Biz beynlxalq təşkilatlar yanında Ermənistanın ölkəmizə qarşı etdiyi təcavüzü onlara bəyan edirik”.  

E.Süleymanov Avropa Şurasının Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə də münasibət bildirib.

“Avropa Şurası Ramil Səfərovla bağlı qərəzli qərar çıxarıb. Bu qərarın çıxarılmasına öz narazılığımızı bildirimişik. Ümumiyyətlə, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı ayrı-seçkilik mövcuddur”.

E.Süleymanov beynəlxalq təşkilatların ölkəmizdə insan haqlarının pozulmasına dair fikirlərini tənqid edib.

“Azərbaycanı insan haqlarının pozulduğu, söz azadlığının olmadığı bir ölkə kimi qələmə verirlər. Demirəm ki, Azərbaycanda çatışmazlıq yoxdur, bu bütün sahələrdə mövcuddur. Amma belə çatışmazlıq dünyanın bütün yerlərində var. Beynəlxalq qüvvələr öz ölkələrindəki problemləri gündəmə gətirmirlər. Həmin qüvvələr Azərbaycana daha çox təzyiq metodundan istifadə edirlər. Bütün bunlar ona görədir ki, Dağlıq Qarabağ problemi kölgədə qalsın”.

Millət vəkili Azərbaycanda keçirilən icazəsiz aksiyaların dağıdılması ilə bağlı beynəlxalq təşkilatların verdiyi şərhlərə öz mövqeyini bildirib.

“AŞPA Monitorinq Komitəsinin nəzarəti altında yeddi ölkə var. Bunlar Rusiya, Türkiyə, Moldova, Gürcüstan, Ukrayna, Azərbaycan, Ermənistandır. Amma bunlar monitorinq apardığı ölkələr içərisində Rusiyadan qorxurlar. Çünki Rusiya kifayət qədər güclü dövlətdir və ona toxuna bilmirlər. Hətta bir ay əvvələ qədər Gürcüstanla bağlı müsbət fikirdə idilər. Amma bu yaxın vaxtlarda Gürcüstandakı hakimiyyət dəyişikliyindən sonra həmin ölkə ilə bağlı öz narazılıqlarını bildirdilər. Çünki Gürcüstandakı dövlət sturukturlarındakı dəyişiklik, Avropa Şurasının qane etmədi. Monitorinq nəzarəti altında olan ölkələrdən Azərbaycanda hüquq müdafiəçiləri qərəz nümayiş etdirir. Bu məsələdə vətənpərvərlikdən kənara çıxırlar. Ümumiyyətlə, beynəlxalq təşkilatların dediyi “siyasi məhbus” termini, qondarma termindir, bunu öz məqsədləri üçün istifadə edirlər. Eyni zamanda onların hakimiyyətə tutduğu iradlarla da razılaşmıram. Onlar bildirilər ki, guya bizdə sərbəst toplaşmaq azadlığı yoxdur, ölkədə keçirilən icazəsiz aksiyalar sərt şəkildə dağıdılır. Amma bu hal bütün Avropa ölkələrində belədir. Yunanıstan, Fransa, İspaniya və başqa Avropa ölkələrində bu cür addımlar atılır"

Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək