Modern.az

"Qarabağ"ın hücumçusuna Türkiyədən təklif

Aktual

20 Yanvar 2022, 11:05

“Qarabağ” klubu hücumçusu İbrahim Vadji ilə yollarını ayıra bilər.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı forvard komandasını dəyişmək istəyir.

 

Bildirilir ki, “Qarabağ”ın mövsümün əvvəlində “Heqesunn”dan 600 min avroya transfer etdiyi Vadji hazırda komandası ilə Antalyada təlim-məşq toplanışında olsa da, Ağdam klubunda qalmaq istəmir. Ona Türkiyə klublarından birindən təklif gəldiyi yayılan xəbərlər sırasındadır. 

 

Məlumata görə, Ağdam təmsilçisinin heyətində 4 hücumçunun olması onu narahat edir və Vadji komandasını dəyişmək niyyətindədir. “Qarabağ” isə futbolçunun icarəyə verilməsi variantını nəzərdən keçirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi