Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qazaxıstanlı həmkarı Nursultan Nazarbayevə baş sağlığı verib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısı Qazaxıstanda baş verən təyyarə qəzasından kədərləndiyini bildirib:
“Hörmətli Nursultan Abişeviç,
Şımkənd şəhəri yaxınlığında An-72 təyyarəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması xəbəri məni son dərəcə kədərləndirdi. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qazaxıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”, - deyə məktubda qeyd olunub.
Modern.az