Modern.az

Məzahir Pənahov təkrar seçkilər barədə: "Niyə narahat olursuz?"

Məzahir Pənahov təkrar seçkilər barədə:

Ölkə

20 Yanvar 2022, 12:28

Seçki dairələri və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

 

“Seçki komissiyaları həmişə seçkilərə hazır olmalıdır. İndi biz o mərhələdəyik, heç bir problem yoxdur”, - deyə M.Pənahov vurğulayıb.

 

Parlamentdə boş qalan deputat yerlərinə təkrar seçkilərlə bağlı sualı cavablandıran Məzahir Pənahov jurnalistlərə təmkinli olmağı məsləhət görüb:

 

"Niyə narahat olursuz? Seçki elan olunanda eşidəcəksiniz. Ondan sonra bir yerdə işləyəcəyik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama