Modern.az

Şahmat üzrə mükafat fondu artırıldı

Şahmat üzrə mükafat fondu artırıldı

Aktual

20 Yanvar 2022, 15:03

Naxçıvanda kişi şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatının ümumi mükafat fondu 22 000 manata çatdırılıb.

 

Modern.az-a Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, bu qərar rəqabəti yüksəltmək məqsədilə qəbul edilib.

 

Fevralın 5-də start götürəcək ilin ilk şahmat yarışı Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Çempionatın Naxçıvanda keçirilməsində əsas məqsəd şahmatda daha böyük kütləviliyə nail olmaq, eyni zamanda Muxtar Respublikada şahmata olan marağı artırmaqdır.

 

Qeyd edək ki, 40 şahmatçının iştirakı ilə baş tutacaq Azərbaycan çempionatı 2 mərhələdə keçiriləcək. I mərhələ İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. İlkin mərhələnin nəticəsinə əsasən 1 - 4-cü yerləri tutan şahmatçılar II mərhələdə pley-off sistemi üzrə yarımfinal və finalda çempionu müəyyən edəcəklər. Azərbaycan çempionatına fevralın 19-da yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi