Modern.az

Lukaşenko \"Omicron\"a YOLUXDU

Lukaşenko \

20 Yanvar 2022, 18:35

Belarus Prezidenti Aleksandr Lukaşenko ikinci dəfə yeni növ koronavirusa (COVID19) yoluxub.

 

Modern.az Belarusun "Belta" xəbər agentliyinə istinadən bildirir ki, o, koronavirusun “Omicron” ştamına yoluxduğunu açıqlayıb.

 

“Görürük ki, bu "Omicron" tamamilə fərqli bir virusdur. Ola bilsin, biz artıq adi qripə yoluxmuşuq. Mən bunu özü ikinci dəfə yoluxan bir insan kimi bildirirəm", - deyə Lukaşenko qeyd edib. 

 

Belarus lideri xəstəliyi ayaq üstə keçirdiyini vurğulayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal