İsrail Almaniyadan 3 milyard avro dəyərində sualtı qayıqlar alacaq.
Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Müqaviləyə əsasən, Almaniyanın "Thyssenkrupp Marine Systems" şirkəti İsrail Hərbi Dəniz Qüvvələri üçün 3 ədəd sualtı gəmi inşa edəcək. Almaniya hökuməti iki ölkə arasında bağlanan müqaviləyə əsasən xərclərin üçdə birini ödəyəcək.
Tərəflər, həmçinin 850 milyon avro dəyərində strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.
İlk sualtı qayıq 9 il ərzində təhvil veriləcək.
Akif İsmayılov