Modern.az

YAP-ın İdarə Heyəti toplanıb

YAP-ın İdarə Heyəti toplanıb

27 Dekabr 2012, 16:09

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin dekabrın 27-də növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, toplantıda YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası kimi mötəbər tədbirin Bakı şəhərində keçirililməsini Yeni Azərbaycan Partiyasının beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirib.

Qeyd olunub ki, bu cür yüksək etimad YAP-ın İCAPP Daimi Komitəsinin üzvü kimi səmərəli fəaliyyətinin nəticəsidir. İdarə Heyətində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 –cı ildönümü ilə əlaqədar görüləcək tədbirlər haqqında geniş fikir mübadiləsi aparılıb. Mərhum prezidentin anadan olmasının 90 –cı ildönümü ilə əlaqədar keçiriləcək konfransın mövzusu təsdiq edilib. İdarə Heyətində daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təklif və tövsiyyələr dinlənilib.

Anar

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək