Kanadanın xarici işlər naziri Melani Coli Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Kanada XİN məlumat yayıb.
Nazir görüşdən sonra keçirilən mətbuat konfransında Rusiyanı gərginliyi azaltmağa çağırıb.
O qeyd edib ki, Rusiya Ukraynaya hücum edərsə, Kanada Moskvaya ciddi sanksiyalar tətbiq edəcək.
Coli Aİ-nin sanksiyalar vasitəsilə çəkindirməsini yüksək qiymətləndirdiklərini və Kanadanın maliyyə sektoru baxımından əlavə tədbirlər görməyə hazır olduğunu bildirib.
Akif İsmayılov