ABŞ Dövlət katibi Entoni Blinken Almaniyanın xarici işlər naziri Annalena Berbok, Fransanın xarici işlər nazir Jan İv Lö Drian və Britaniyanın Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika üzrə nümayəndəsi Ceyms Kleverli ilə görüş keçirib.
Modern.az xəbər verir ki, bu barədə Blinken "Twitter" hesabında məlumat yayıb.
Görüş zamanı Ukrayna ətrafındakı vəziyyət müzakirə edilib.
"Biz Rusiyanın Ukraynaya qarşı növbəti təcavüzünün qarşısını almaq üçün birgə səylərimiz barədə məhsuldar görüş keçirdik. Əgər Rusiya diplomatiyanı yox, müharibəni seçərsə, onun üçün böyük nəticələrin olacağı və bu ölkə üçün ağır əvəz ödətmək öhdəliyimizdə qətiyyətliyik", - deyə dövlət katibi bildirib.