Modern.az

Fransa parlamenti uyğur soyqırımını tanıdı

Fransa parlamenti uyğur soyqırımını tanıdı

20 Yanvar 2022, 21:24

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya uyğur soyqırımını rəsmi şəkildə tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə "France 24" məlumat yayıb.

 

Səsvermədə iştirak edənlərdən 169 nəfər layihənin lehinə, 1 nəfər əleyhinə səs verib. 4 nəfər bitərəf qalıb.

 

Layihənin müəllifləri “Çin Xalq Respublikasının uyğurlara qarşı tətbiq etdiyi soyqırımı xarakterli, sistemli zorakılıqları və insanlıq əleyhinə cinayətləri” pislədiklərini qeyd ediblər.

 

Xatırladaq ki, uyğurların soyqırımını indiyədək ABŞ, Kanada və İrlandiya tanıyıb.
 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal