Modern.az

Türkiyə və Qətər Kabillə bağlı razılığa GƏLDİ

Türkiyə və Qətər Kabillə bağlı razılığa GƏLDİ

20 Yanvar 2022, 21:40

Türkiyə və Qətər rəsmiləri Kabil hava limanının təhlükəsizliyinin birgə təmin edilməsi barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, razılaşmanın "Taliban" hökuməti tərəfindən təsdiqlənməsi lazımdır.

 

Avqust ayında "Taliban"ın Əfqanıstanı ələ keçirməsindən sonra Türkiyə təhlükəsizlik tələblərinin yerinə yetirilməsi şərti ilə Qətərlə Kabil beynəlxalq hava limanının istismarına hazır olduğunu bəyan edib.

 

"Reuters" bildirir ki, Birləşmiş Ərəb Əmirlikləri də hava limanının fəaliyyətini təmin etmək üçün "Taliban"la danışıqlar aparır.

 

Diplomatik mənbələrin məlumatına görə, Ankara və Doha maliyyələşdirmə kimi məsələlərlə bağlı danışıqları davam etdirir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal