Modern.az

Rusiya qazı Azərbaycandan İrana ötürülə bilər

Rusiya qazı Azərbaycandan İrana ötürülə bilər

20 Yanvar 2022, 23:05

Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib.

 

Modern.az xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.

 

"Rusiyaya səfər zamanı Rusiya qazının İran vasitəsilə svop tədarükü müzakirə olunub. Son aylarda biz İran ərazisindən Türkmənistandan Azərbaycana svop qaz nəqlini həyata keçirməyə başlamışıq. Anoloji formada biz Rusiya qazının sonrakı ixracı üçün Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif etdik", - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, mayeləşdirilmiş qazı ölkənin istənilən bölgəsinə ixrac etmək olar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi