Prezident İlham Əliyev rabitə və informasiya texnologiyları naziri Əli Abbasovu təltif edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, ölkə başçısının sərəncamı ilə ƏLi Abbasov Azərbaycan Respublikasında informasiya-kommunikasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə Əli Məmməd oğlu Abbasov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, texnika elmləri doktoru, akademik Əli Abbasov 2004-cü ilin fevral ayında Rabitə və İnformasiya Texnologiyaları naziri təyin edilib.
Modern.az